“Ağ Ev hər bir konkret məqamla bağlı qərar qəbul etmək niyyətindədir”
ABŞ-ın vitse-prezidenti J.D.Vens yeni anti-Rusiya sanksiyalarının tətbiqini istisna etməyib. AYNA.AZ xəbər verir ki, bu barədə Vens NBC telekanalına müsahibəsində deyib.
ABŞ rəsmisinin sözlərinə görə, sanksiyalar baxılmaqdan kənarlaşdırılmayıb: “Ağ Ev hər bir konkret məqamla bağlı qərar qəbul etmək niyyətindədir. Məhdudiyyətlərin tətbiqi Rusiya Federasiyasının mövqeyindən asılı olacaq”.
"Əgər biz irəliləyiş əldə etdiyimizi hiss etsək, danışıqlar çərçivəsində kompromis olacaq bu təzyiqi azaldacağıq", Vens qeyd edib.