ABŞ Rusiya və Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır

Dünya

15.11.2024 - 00:55

Həkimlər Klinikalar SEO Xidməti

“ABŞ artıq noyabrın sonunadək Rusiya və Şimali Koreyanın tanker donanmasına qarşı yeni sanksiyaların tətbiqi üzərində işləyir”

ABŞ noyabrın sonuna kimi Rusiya və Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” mənbəsinə istinadən məlumat yayıb.

“ABŞ artıq noyabrın sonunadək Rusiya və Şimali Koreyanın tanker donanmasına qarşı yeni sanksiyaların tətbiqi üzərində işləyir”, - mənbə bildirib.

Agentlik daha əvvəl məlumat vermişdi ki, ABŞ-ın Şimali Koreyaya qarşı ölkənin hazırkı Prezidenti Co Bayden vəzifədən getməzdən əvvəl yeni sanksiyalar tətbiq edəcəyi gözlənilir.

Müəllif: Ayna.az