Ağ Evin Ukraynaya bəzi hərbi yardımı dayandırmaq qərarı artıq Polşada anbarlarda olan silahlara aiddir
ABŞ-ın Donald Tramp administrasiyasının Ukraynaya bəzi hərbi yardımı dayandırmaq qərarı artıq Polşada anbarlarda olan silahlara aiddir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin Ağ Ev və Konqresdəki mənbələrinə görə, Ukraynaya silah tədarükünün dayandırıldığı vaxt Polşadakı anbarda iyirmidən çox “Patriot PAC-3” raketi, iyirmidən çox “Stinger” hava hücumundan müdafiə sistemi, “Hellfire” hava-yer raketləri və 90-dan çox AIM hava raketi olub.
Pentaqondan bildirilib ki, bu, Ukraynaya yardımın tam dayandırılması deyil, əksinə, Trampa müharibəni bitirmək məqsədinə uyğun olan hərbi yardımı davam etdirmək variantları təklif olunacaq.