ABŞ ordusu Sakit okeanda iki gəmiyə zərbə endirib

Dünya

13.04.2026 - 14:55

“Cənub nizəsi” adlanan birgə əməliyyat qrupu terror təşkilatları tərəfindən idarə olunan iki gəmiyə zərbə endirib

ABŞ ordusu Sakit okeanın şərqində narkotik daşıdığı iddia edilən iki katerə zərbə endirib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

Bildirilib ki, “Cənub nizəsi” adlanan birgə əməliyyat qrupu terror təşkilatları tərəfindən idarə olunan iki gəmiyə zərbə endirib. Gəmilərin Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları ilə üzdüyü və narkotik ticarəti əməliyyatlarında iştirak etdiyi kəşfiyyat orqanları tərəfindən təsdiqlənib.

Hərbçilərin məlumatına görə, zərbələr nəticəsində qayıqlarda olan beş nəfər həlak olub. Sağ qalan bir nəfərin isə axtarışına başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş