Tulsi Qabbard: "İndi onun yanında olmaq və bu mübarizədə ona tam dəstək olmaq üçün dövlət qulluğundan istefa verməliyəm”
ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbard "inanılmaz dərəcədə nadir sümük xərçəngi forması" diaqnozu qoyulmuş ərinə dəstək olmaq üçün 30 iyunda istefa verəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Qabbard rəsmi açıqlamada deyib: "İndi onun yanında olmaq və bu mübarizədə ona tam dəstək olmaq üçün dövlət qulluğundan istefa verməliyəm. İbrahim on bir illik evliliyimiz boyunca mənim yanımda olub. O Şərqi Afrikaya birgə xüsusi əməliyyat missiyası çərçivəsində göndərildiyim müddətdə yanımda dayanıb".
Qabbard qeyd edib ki, Milli Kəşfiyyat direktoru vəzifəsində "əhəmiyyətli irəliləyişlər əldə edib", eyni zamanda, "vacib işlərin qaldığını" söyləyib.
Telekanalın məlumatına görə, rəsmi həmçinin ona göstərilən etimada və departamentə bir il yarım rəhbərlik etmək imkanına görə səmimi minnətdarlığını vurğulayıb.