ABŞ İraqdakı 2 bazasını tərk edir

Dünya

24.08.2025 - 21:22

Vaşinqton Ayn əl-Əsəd və Viktoriya bazalarını tərk etmək qərarına gəlib

ABŞ İraqdakı Ayn əl-Əsəd və Viktoriya bazalarından öz qoşunlarını “qəfildən” çıxarmaq, həmçinin qüvvələrin ölkədən çıxarılmasını sürətləndirmək qərarına gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Sky News Arabia” kanalı məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Amerika qoşunları öz şəxsi heyətini Ərbildəki hərbi bazaya və qonşu ərəb ölkəsinə köçürməyə başlayır.

“Amerikalılar iraqlı həmkarlarına qoşunların çıxarılması prosesini sürətləndirəcəkləri və iki ölkə arasında çərçivə sazişində göstərilən qrafikə əməl etməyəcəkləri barədə məlumat veriblər", - telekanalın mənbəsi bildirib.

2024-cü ilin sentyabrında ABŞ İraqdakı beynəlxalq missiyasının başa çatdığını və qoşunların çıxarılmasını elan etdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş