ABŞ İrana zərbələr endirməyə hazırlaşır

Dünya

23.05.2026 - 13:49

Tramp administrasiya daxilində İrana yeni zərbələr endirilməsi nəzərdən keçirilib

ABŞ İrana yeni hərbi zərbələr endirməyə hazırlaşır. AYNA.AZ xəbər verir ki, bu barədə “CBS News” Donald Tramp administrasiyası daxilindəki müzakirələrlə tanış mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, İranla davam edən diplomatik danışıqlara baxmayaraq, administrasiya daxilində cümə günü İrana yeni zərbələr endirilməsi nəzərdən keçirilib. Onlar əlavə ediblər ki, yekun qərar hələ verilməyib.

Bu arada, mənbələr bildiriblər ki, bəzi ABŞ hərbi və kəşfiyyat rəsmiləri mümkün zərbələr gözlənilməklə həftəsonu və hər il may ayının son bazar ertəsi günü qeyd olunan “Xatirə Günü” üçün planlarını ləğv ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş