ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Dünya

13.05.2025 - 09:47

Həkimlər Klinikalar SEO Xidməti

Vaşinqton nüvə sazişi üzrə danışıqlar fonunda sanksiyaları genişləndirib

Vaşinqton nüvə sazişi üzrə dolaylı danışıqlar fonunda İrana qarşı sanksiyaları genişləndirib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.

"Dövlət Departamenti İranın Müdafiə İnnovasiyaları və Tədqiqatlar Təşkilatına (SPND olaraq tanınır) bağlı olan üç iranlı şəxsə və bir İran təşkilatına qarşı sanksiyalar tətbiq edib. Bu təşkilat 2004-cü ilə qədər İranın nüvə silahı yaratmaq proqramının birbaşa varisi olub, həmçinin "Amad Proyekti" adı ilə də tanınır," - deyə departamentin açıqlamasında bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş