ABŞ İrana qarşı kiberəməliyyatları nəzərdən keçirir

Dünya

13.01.2026 - 14:15

Hələlik yekun qərar verilməyib: diplomatik kanallar açıq qalır

ABŞ-ın İranla münasibətlər üçün seçimləri hərbi tədbirlərlə yanaşı, kiberəməliyyatlar və psixoloji kampaniyaları da əhatə edə bilər. Lakin hələlik yekun qərar verilməyib. AYNA.AZ xəbər verir ki, bu barədə “CBS News” Pentaqon rəsmilərinə istinadən məlumat yayıb.

Məlumatda deyilir: "Təyyarə və uzunmənzilli raketlər İranda potensial hərbi cavabın mərkəzi olaraq qalır. Lakin Pentaqon planlaşdırıcıları İranın komandanlıq strukturlarını, rabitəsini və dövlət mediasını pozmağa yönəlmiş kiber əməliyyatlar və psixoloji kampaniyalar üçün də seçimlər təqdim ediblər".

Onların fikrincə, kiber əməliyyatlar və psixoloji kampaniyalar ya hərbi güc tətbiqi ilə birlikdə, ya da müstəqil seçimlər kimi həyata keçirilə bilər.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bütün variantlar barədə məlumatlandırılıb və çərşənbə axşamı onun milli təhlükəsizlik komandası İranla münasibətlər üçün yenilənmiş seçim siyahısını müzakirə etmək üçün Ağ Evdə görüşəcək. Lakin Trampın özünün iştirak edib-etməyəcəyi məlum deyil.

Kanalın mənbələri vurğulayıb ki, hələlik yekun qərar verilməyib və diplomatik kanallar açıq qalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş