Hadisə baş verən zaman Vens və ailə üzvləri evdə olmayıb
ABŞ-ın vitse-prezidenti J.D.Vensin Ohayodakı evinə hücum edilib və pəncərələr zədələnib. AYNA.AZ xəbər verir ki, bu barədə CNN 5 yanvarda məlumat yayıb.
"Yerli media tərəfindən dərc edilən fotolarda evin pəncərələrinə dəyən ziyan görünüb. Məxfi Xidmət sözçüsü bildirib ki, şəxsiyyəti müəyyən edilməyən yetkin kişi Venslə əlaqəli şəxsi evin fasadındakı pəncərələri sındırmaq da daxil olmaqla, əmlaka ziyan vurduğuna görə həbs olunub", - deyə məlumatda qeyd olunub.
Qeyd edilib ki, hadisə baş verən zaman Vens və ailə üzvləri evdə olmayıb. Hücum gecə yarısından sonra baş verib.