ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupu Karib dənizinə çatıb

Dünya

21.05.2026 - 12:08

qrup “Nimitz” sinifli təyyarədaşıyıcı gəmidən, “USS Gridley” esminesi və “USS Patuxent” dəstək gəmisindən ibarətdir

ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupu Karib dənizinə çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) “X” sosial media platformasında məlumat paylaşıb.

"Karib dənizinə xoş gəlmisiniz, “Nimitz” aviadaşıyıcı zərbə qrupu!", paylaşımda qeyd edilib.

Bildirilib ki, qrup “Nimitz” sinifli təyyarədaşıyıcı gəmidən, “USS Gridley” esminesi və “USS Patuxent” dəstək gəmisindən ibarətdir.

““Nimitz” Tayvan boğazından Fars körfəzinə qədər sabitliyi təmin edərək və demokratiyanı müdafiə edərək dünyada döyüş gücünü sübut edib", - Komandanlıq vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş