Hücum Pentaqonun başçısı Pit Heqsetin göstərişi ilə həyata keçirilib
ABŞ hərbçiləri Sakit okeanın beynəlxalq sularında narkotik daşıdığı ehtimal edilən daha bir gəmini vurub. Nəticədə 4 nəfər həlak olub.
AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Cənub Komandanlığının sosial şəbəkədə yaydığı məlumata görə, gəmi Birləşmiş Ştatlarda terrorçu qruplaşma kimi tanınan təşkilat tərəfindən istifadə olunurdu. ABŞ kəşfiyyatı gəminin Şərqi Sakit Okeanda məlum narkotik ticarəti marşrutları ilə hərəkət etdiyini və narkotik alveri əməliyyatlarında iştirakını təsdiqləyib.
Komandanlıq bildirib ki, hücum Pentaqonun başçısı Pit Heqsetin göstərişi ilə həyata keçirilib.