ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini saxlayıb

Dünya

01.08.2024 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Sistem baza dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlayıb

İyulun 31-də keçirilən iclasdan sonra ABŞ Federal Ehtiyat Sistemi (FRS) baza dərəcəsini 5,25-5,5% səviyyəsində saxlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Sistemin saytında yerləşdirilən press-relizdə deyilir.

"FOMC, federal fondların faiz dərəcəsi üçün hədəf aralığını 5,25-5,5% səviyyəsində saxlamağa qərar verdi", deyə bildirilib.

Bundan əvvəl Amerika İki Partiyalı Siyasət Mərkəzinin iqtisadi siyasət proqramının icraçı direktoru Şai Akabas demişdi ki, ABŞ-ın büdcə kəsirindəki rekord artımın arxasında iki amil dayanır: sosial xərclər və dövlət borcuna xidmət üçün xərclər. Son doqquz il ərzində ABŞ-da yaşlı amerikalıların sayı nəzərəçarpacaq dərəcədə artıb və buna uyğun olaraq sosial xərclər də artıb. Beləliklə, 2015-ci ildəki 59 milyona qarşı 2024-cü ildə 67 milyon insan müavinət alır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş