Birləşmiş Ştatlar ictimai təhlükəsizliyin təmin edilməsində Ermənistana kömək edəcək
ABŞ Ermənistana ictimai təhlükəsizliyin təmin edilməsində köməklik göstərəcəyini vəd edib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Amerika diplomatik missiyasının bəyanatında deyilir.
İyulda ABŞ-ın İrəvana polis patrul xidmətinin formalaşdırılması üçün təqribən 16 milyon dollar ayırdığı bildirilmişdi.