Mark Kemeron Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesini alqışlayıb
ABŞ Dövlət Departamentinin Qafqaz və regional münaqişələr üzrə idarəsinin direktoru Mark Kemeron Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesini alqışlayıb.
AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Kamerob Ermənistan Parlamentinin Ermənistan-ABŞ Dostluq Qrupunun üzvləri ilə Vaşinqtondakı görüşündə deyib.
Tərəflər aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüşün və Ermənistanın iqtisadi sabitliyinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.