ABŞ Dövlət Departamenti amerikalıları İranı dərhal tərk etməyə çağırıb

Dünya

23.04.2026 - 17:22

“Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan üzərindən quru yolu ilə çıxış da mümkündür"

İranın hava məkanının qismən yenidən açılmasından sonra ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib. AYNA.AZ xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilib.

"21 aprel tarixindən etibarən İran hava məkanı qismən yenidən açılıb. ABŞ vətəndaşlarına yerli medianı yeniləmələr üçün izləmək, kommersiya daşıyıcılarından uçuş məlumatlarını almaq və dərhal ölkəni tərk etmək tövsiyə olunur. Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan üzərindən quru yolu ilə çıxış da mümkündür", - deyə məlumatda vurğulanıb.

Dövlət Departamenti həmçinin Pakistanın Əfqanıstan, İraq və İranla həmsərhəd ərazilərinə səyahət etməməyi tövsiyə edir.

İran İslam Respublikasını tərk edə bilməyən ABŞ vətəndaşlarına sonrakı xəbərdarlığa qədər yaşayış yerlərində - evlərində, otellərdə və ya digər binalarda - qalmaları və pəncərələrdən uzaq durmaları tövsiyə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş