Dreyk keçidindəki zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı edilib
ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) Atlantik okeanındakı Dreyk keçidində baş verən zəlzələ ilə əlaqədar sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu NOAA-nın saytında məlumat yerləşdirilib.
Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri 117 min insanın yaşadığı Punta Arenas şəhərindən 957 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Dreyk keçidində 7,5 bal gücündə zəlzələ olduğunu bildirmişdi.