ABŞ administrasiyası İran ərazisindəki bir neçə hərbi obyektə genişmiqyaslı hava hücumu etməyi nəzərdən keçirir
Donald Tramp administrasiyası daxilində İrana mümkün zərbə ilə bağlı ilkin müzakirələr aparılıb. AYNA.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, Trampın xəbərdarlıqlarının yerinə yetirilməsi lazım gələrsə, ABŞ İrana hücum etməyi müzakirə edir. Mümkün hədəflər arasında ABŞ administrasiyası İran ərazisindəki bir neçə hərbi obyektə genişmiqyaslı hava hücumu etməyi nəzərdən keçirir.
Lakin nəşr məqaləsində bu məsələ ilə bağlı hələlik fikir birliyinin olmadığı vurğulanır. ABŞ həmçinin zərbəni həyata keçirmək üçün qoşun və ya hərbi texnika yerləşdirməyə hələ başlamayıb.