Donald Tramp: “Biz Çini bizim üçün açmağa başlayırıq və bu, heç vaxt baş verməyəcək bir şeydir"
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı Çinlə ticarət müqaviləsinin bir gün əvvəl imzalandığını açıqlayıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"Biz dünən Çinlə müqavilə imzaladıq. Biz Çini bizim üçün açmağa başlayırıq və bu, heç vaxt baş verməyəcək bir şeydir", - Tramp deyib.
ABŞ Ticarət Naziri Hovard Lutnik daha sonra “Bloomberg” TV-yə açıqlamasında Trampın qeyd etdiyi imzalanmanın iki gün əvvəl baş verdiyini və bunun ABŞ və Çinin may ayında Cenevrədə və iyunda Londonda keçirilən ticarət danışıqlarında əldə etdiyi tarif razılaşmalarını möhkəmlətdiyini və iki ölkə arasında hərtərəfli ticarət razılaşması olmadığını söyləyib.
Lutnik daha əvvəl danışıqların London raundundan sonra “çərçivə razılaşması”nın əldə edildiyini bildirmişdi, Tramp isə “sazişin tamamlandığını” və Çin lideri Si Cinpindən yekun təsdiqi gözlədiyini bildirmişdi.