Metyu Miller: "Biz bu prosesin inkişafı üçün onlara kömək etməyə davam eədəcəyik"
ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərin müzakirələrinə vasitəçilik etməkdən şaddır.
AYNA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Onun sözlərinə görə, dövlət katibi Entoni Blinken bu gün səhər hər iki ölkənin xarici işlər naziləri ilə həm ayrı-ayrılıqda həm də üçtərəfli formatda görüş də keçirdi.
Hər bir görüşdə o vurğuladı ki, məsələlərin həlli, davamlı və ləyaqətli sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir. ABŞ Azərbaycan və Ermənistanın son zamanlar sülh prosesində səmərəli iştirakından təsirlənib. Biz bu prosesin inkişafı üçün onlara kömək etməyə davam eədəcəyik. Bu gün görüşün ilk günü idi və müzakirələr 29-dək davam edəcək.