MSK-nın iclası başlayıb

Siyasət

15.02.2020 - 14:10

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib

 

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb. AYNA xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxılacağı, bununla bağlı müvafiq qərarlar qəbul ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, MSK-nın sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

 

Müəllif: Ayna.az