"Trampın nüvə obyektlərini hədəf alacağına dair heç bir məlumatımız yoxdur”
ABŞ İrana zərbə endirilməsi halında potensial hədəflər barədə Avropa müttəfiqlərindən kəşfiyyat məlumatları tələb edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Washington Post” (WP) mənbələrə istinadən məlumat yayıb.
Mənbə nəşrə bildirib ki, "Trampın nüvə obyektlərini hədəf alacağına dair heç bir məlumatımız yoxdur. Onun etirazçıların qətlində məsul olan və iştirak edən təşkilatların və qüvvələrin rəhbərliyinin təqibinə məruz qalması ehtimalı daha yüksəkdir".