Donald Tramp: "Birləşmiş Ştatlar Almaniyadakı qoşun sayının azaldılması imkanlarını araşdırır”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası Almaniyada yerləşən ABŞ Silahlı Qüvvələrinin sayının azaldılması imkanını nəzərdən keçirir və yaxın gələcəkdə qərar verəcək.
AYNA.AZ xəbər verir ki, bu barədə Tramp “Truth Social”da yazıb.
"Birləşmiş Ştatlar Almaniyadakı qoşun sayının azaldılması imkanlarını araşdırır və bu məsələ ilə bağlı qərar tezliklə veriləcək".