Abituriyentlərin bu qrupa meyli artıb

Xəbərlər

17.09.2020 - 16:36

cedabet dərman SEO Xidməti

V ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayı açıqlandı

 

Bu il qəbul imtahanlarında V ixtisas qrupu üzrə 11 min 489 abituriyent, 2597 subbakalavr elektron ərizəsində yalnız V ixtisas qrupunu seçib. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev bildirib. O, qeyd edib ki, həmin şəxslərdən 46 min 280 nəfər isə I və IV qrupla yanaşı öz ərizələrində V qrupu da qeyd ediblər.

 

“Bu il V qrupa 3714 plan yeri ayrılıb, keçən il isə bu rəqəm 3581 yer olub. Bu qrupda 133 plan yeri artırılıb. Cari ildə qabiliyyət imtahanların bəzi ixtisaslarda ləğv olunması bu qrupa meyli artırıb”, - deyə DİM rəsmisi söyləyib.

 

N.Əliyevin sözlərinə görə, qabiliyyət imtahanları verilən ixtisaslarda plan yerlərinin sayı 1317-dir. Qeydiyyat 4467 nəfər qeydiyyatdan keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş