Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni rəhbər təyin edilib
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev vəzifəsindən ayrılıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə E.Mirsalayev özü məlumat verib. ASA-nin yeni icraçı direktoru Abas Miskərli təyin edilib.
Qeyd edək ki, Abas Miskərli yeni vəzifəsinə qədər 20 ilə yaxın müxtəlif sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışıb.