AAYDA hüquq-mühafizə orqanlarına müraciət edib

Xəbərlər

19.05.2021 - 18:18

Həkimlər Klinikalar SEO Xidməti

AAYDA: "Həmin şəxslər cəmiyyətdə çaşqınlıq yaradan və agentliyin nüfuzuna xələl gətirən bu cür addımlardan çəkinsinlər”

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə xəbərdarlıq edib. Dövlət Agentliyindən AYNA-ya verilən məlumata görə, son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən idarə olunan yük maşınları, maşın və mexanizmləri üzərinə AAYDA-ya məxsus loqo və tanınma nişanları vurularaq sifarişlə fərdi işlərdə istifadə olunur. Bu isə haqlı olaraq cəmiyyətdə anlaşılmazlıq və çaşqınlıq yaratmaqla bərabər agentliyin adına və nüfuzuna xələl gətirir.

 

“Bu hüquqa zidd əməli törədən şəxslərlə bağlı, qurumun adından sui-istifadə etdikləri üçün qanunvericiliyə uyğun olaraq onların məsuliyyətə cəlb edilməsi ilə bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət edilib. Bir daha xəbərdarlıq edirik ki, həmin şəxslər cəmiyyətdə çaşqınlıq yaradan və agentliyin nüfuzuna xələl gətirən bu cür addımlardan çəkinsinlər”, - Dövlət Agentliyindən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş