Zurabişvili LGBT təbliğatını qadağan edən qanunu imzalamayıb

Dünya

02.10.2024 - 15:18

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstan Prezidenti qanunu imzalamaqdan imtina edib

Gürcüstan Prezidenti Salome Zurabişvili LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan liderinin administrasiyasından məlumat verilib.

“Prezident LGBT təbliğatını qadağan edən qanunu imzalamadı. Eyni zamanda, Prezident qanuna veto qoymadı. Sadəcə imzalamadı və parlamentə qaytardı. Bizim qanunvericilik belə proseduru nəzərdə tutur”, - Zurabişvilinin administrasiyasından qeyd edilib.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə görə, Prezident qanunu imzalamaqdan imtina edərsə, amma ona veto qoymazsa, sənədi parlamentin sədri imzalayır.

Müəllif: Ayna.az