Jurnalist Bərdənin Əliyanlı kəndində torpağa tapşırılıb
Bu gün Kəlbəcər rayonunun Başlıbel kəndində vəfat edən “Moderator.az” saytının Baş redaktoru Zülfüqar Hüseynzadənin nəşi Bərdəyə aparılıb.
AYNA xəbər verir ki, Z.Hüseynzadə Bərdənin Əliyanlı kəndində torpağa tapşırılıb.
Dəfndə Parlament Jurnalistlər Birliyinin sədri və üzvləri də iştirak ediblər.
Qeyd edək ki, jurnalist Bərdə rayonu Əliyanlı kənd qəbiristanlığında, atasının və anasının məzarları yanında dəfn olunub.
Allah rəhmət eləsin!