“Zirə”nin avrokubokdakı ilk rəqibi bəlli olub

İdman

18.06.2024 - 19:37

Həkimlər Klinikalar SEO Xidməti

Bakı klubu Moldova “Şerif”i ilə üz-üzə gələcək

"Zirə"nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi bəlli olub. AYNA xəbər verir ki, Bakı klubu ilk turda Moldova “Şerif”i ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün Avropa Liqasında 2024/25 mövsümünün birinci təsnifat mərhələsinin püşkü atılıb. UEFA-nın İsveçrədəki Futbol Evində keçirilən tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Premyer Liqanın gümüş mükafatçısı püşkatmada səpələnməmişlər səbətində yer almışdı.

Bakı təmsilçisinin 6 mümkün rəqibi vardı: "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Tobol" (Qazaxıstan), "Visla" (Krakov, Polşa), "Pafos" (Kipr) və "Paksi"dir (Macarıstan).

Mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları iyulun 18-də keçiriləcək.

Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la "Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"nin növbəti raundda qarşılaşa biləcəyi komandalar bəlli olacaq.

Müəllif: Ayna.az