Zığda ağaclıq ərazidə yanğın olub

Xəbərlər

21.10.2021 - 22:16

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

AYNA FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, ağaclıq ərazidə 700 m² sahədə quru ot, qamışlıq və məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş