Zərdabda narkokuryerlər saxlanılıb

Xəbərlər

10.06.2024 - 13:12

cedabet dərman SEO Xidməti

Onların İran vətəndaşı olan narkotacirə kuryerlik etdikləri müəyyən edilib

Zərdab rayonunda iki narkokuryer saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkokuryerlik edən Rövşən Bayramlı və İzmir Rüstəmov saxlanılıblar.

Onlardan 2 kiloqram tiryək, heroin, metamfetamin və marixuana, eləcə də 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Araşdırmalarla adıçəkilən şəxslərin maddi gəlir qarşılığında İran vətəndaşı olan narkotacirə kuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Bayramlı və İ.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş