Zəngilanda top mərmiləri aşkarlanıb

Xəbərlər

29.11.2023 - 12:53

Polislər üç müxtəlif çaplı top mərmisi və üç barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamıṣ sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, polis əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində üç müxtəlif çaplı top mərmisi və üç barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Zəngilan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş