Zəngilanda QHT forumu keçirilir

Xəbərlər

24.06.2024 - 15:03

cedabet dərman SEO Xidməti

Azad edilmiş ərazilərdə ilk dəfə keçirilən QHT forumu iki gün davam edəcək

İyunun 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan Konqres Mərkəzində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işə başlayıb.

AYNA xəbər verir ki, 200-ə yaxın ictimai birlikdən təmsilçilərin iştirak etdiyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək.

Azad edilmiş ərazilərdə ilk dəfə keçirilən QHT forumu iki gün davam edəcək.

Zəngilanda QHT forumu keçirilir
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş