Zəngəzur Dəhlizinin icrası davam edir

Xəbərlər

22.05.2026 - 15:19

“Zəngəzur Dəhlizinin həyata keçirilməsi regionda dairəvi dəmir yolu şəbəkəsinin formalaşmasına imkan yaradacaq”

“Zəngəzur Dəhlizinin icrası davam edir”. AYNA.AZ xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Urbisiddən Dirçəlişə: Azərbaycanın Azad Olunmuş Ərazilərində Dayanıqlı Yenidənqurma, Yenidən Məskunlaşma və İnkişaf” adlı tədbirdə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, Zəngəzur Dəhlizinin həyata keçirilməsi regionda dairəvi dəmir yolu şəbəkəsinin formalaşmasına imkan yaradacaq və Azərbaycanın yükdaşıma potensialını təxminən 50 milyon ton artıracaq.

Vahid Hacıyev qeyd edib ki, avtomobil yolunun bir hissəsinin tikintisi artıq yekunlaşmaq üzrədir. Eyni zamanda, dəmir yolu xəttinin inşası da sona yaxınlaşır.

Bundan əlavə, Araz çayı üzərində Zəngilanı İranla birləşdirən avtomobil körpüsü də regional nəqliyyat və logistika inteqrasiyasının mühüm elementinə çevrilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş