Zəlzələ ilə bağlı valideynlərə xəbərdarlıq edilib

Xəbərlər

07.12.2023 - 11:29

Əksər məktəblərdən valideynlərə xəbər göndərilib

Bakı şəhərində fəaliyyət göstərən əksər məktəblərdən valideynlərə xəbər göndərilib.

AYNA bildirir ki, xəbərdarlıq zəlzələ ilə bağlı olub.

Belə ki, zəlzələnin yenidən olması ehtimalı ilə şagirdləri evə göndəriblər.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16 radələrində Xəzər dənizində zəlzələ baş verib.

Yeraltı təkanlar 5,6 maqnitudada olub, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Müəllif: Ayna.az