Zelenskinin reytinqi artıb – SORĞU

Dünya

20.05.2025 - 17:02

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynalıların 74 faizi Prezidentə etibar edirlər

Ukrayna Prezidenti Volodimir Zelenskinin reytinqi artıb. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrindən məlum olub.

Qeyd olunub ki, may ayında keçirilən sorğunun nəticələrinə görə, ukraynalılar Zelenskiyə ən yüksək səviyyədə - 74 faiz etibar edirlər.

Zelenskidən başqa, siyahıda etimad-etimadsızlıq balansı müsbət olan yeganə şəxs teleaparıcı Sergey Prituladır. Respondentlərin 50 faizi ona inanır.

Ukraynalılar Kiyev meri Vitali Kliçkoya da kifayət qədər yüksək etimad göstərirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş