Zelenskidən Aİ-yə çağırış

Dünya

01.09.2022 - 05:50

Ukrayna Prezidenti Rusiya kanalları ilə bağlı çağırış edib

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) Rusiyanın bütün dövlət televiziya kanallarını və təbliğatını qadağan etməyə çağırıb.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bu haqda Çexiyada keçirilən “Forum 2000”dəki çıxışında danışıb.

“Rusiyanın heç bir dövlət televiziyasının Aİ ərazisində fəaliyyət göstərməsinə icazə verilməməlidir”, - Ukrayna Prezidenti qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş