“Rusiya ordusunun zərbələri ABŞ və digər ölkələrin Rusiyanı sülhə məcbur etmək cəhdlərindən daha yüksəkdir”
“Rusiya ordusunun zərbələri ABŞ və digər ölkələrin Rusiyanı sülhə məcbur etmək cəhdlərindən daha yüksəkdir. Buna görə də Moskvaya qarşı tədbir görülməlidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
Ukrayna lideri Rusiya Silahlı Qüvvələrinin Ukraynaya endirdiyi zərbəni şərh edərkən deyib ki, "Rusiyanın bu və digər oxşar zərbələrinə cavab dünyanın səssizliyi deyil, konkret hərəkətləri olmalıdır”.
“Rusiyanı sülhə məcbur etmək gücündə olan Amerikanın hərəkətləri olmalıdır. Güclü olmaqdan başqa alternativi olmayan Avropanın hərəkətləri olmalıdır", - Zelenski yazıb.
Onun fikrincə, “sülh naminə Rusiyaya sərt təzyiq göstərmək lazımdır”.