Segey Kislitsa: “Ərazi məsələsi ilə bağlı danışıqların başlanğıcı hazırda orada olan təmas xəttidir”
“Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna əraziləri məsələsini müzakirə etməyə hazırdır, lakin bu, yalnız Rusiya lideri Vladimir Putinlə görüşdə mümkündür”. AYNA.AZ xəbər verir ki, bu sözləri “NBC News”a müsahibəsində Ukrayna xarici işlər nazirinin birinci müavini Segey Kislitsa deyib.
“Ərazi məsələlərindən danışarkən, düşünürəm ki, Prezident Zelenski Prezident Putinlə oturub onları müzakirə etməyə hazır olduğunu açıq şəkildə bildirdi və ərazi məsələsi ilə bağlı danışıqların başlanğıcı hazırda orada olan təmas xəttidir”, - o vurğulayıb.
Kislitsa həmçinin əlavə edib ki, Zelenski ərazilər məsələsində “həm Ukraynanın mövcud qanunvericiliyini, həm də ictimai rəyi rəhbər tutur”.
“Eyni zamanda, Ukrayna cəmiyyəti ərazilərimizin sülhlə dəyişdirilməsinin qəti əleyhinədir”, - bildirib.
Sülh danışıqlarına gəlincə, o deyib ki, proses dalana dirənməyib və irəliləyir: "Təəssüf ki, istədiyimiz qədər tez deyil. Amma mən hesab edirəm ki, bu bazar ertəsi və Ağ Evdəki görüş son ayların son dərəcə mühüm hadisələri idi. Düşünürəm ki, bu, Prezident Donald Trampın kritik rol oynadığı böyük nailiyyət idi".