Zelenski: "Rusiya Azərbaycan şirkətinə qəsdən hücum edib"

Dünya

18.08.2025 - 16:55

Ukrayna Prezidenti SOCAR-a hücumla bağlı paylaşım edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Odessa şəhərində SOCAR-a məxsus neft bazasına edilən hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib. AYNA.AZ xəbər verir ki, Prezident bu barədə özünün sosial şəbəkə hesabında fikir bildirib.

“Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur”, – Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrasturkturları hədəfə aldığını bildirib.

Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş