Zelenski Norveçə səfər edib

Dünya

15.04.2026 - 00:06

Mühüm görüşlər və ikitərəfli sənədin imzalanması planlaşdırılır

Ukrayna Prezidenti Volodimir Zelenski  Norveçə səfər edib. AYNA.AZ xəbər verir ki, Ukrayna lideri sosial şəbəkədə Osloda olduğunu yazıb.

O bildirib ki, ölkənin təhlükəsizliyinin gücləndirilməsinə kömək edəcək mühüm görüşlər və ikitərəfli sənədin imzalanması planlaşdırılır. Baş nazir Yonas Qar Störe ilə danışıqlar, Norveç vəliəhdi Haakon və Norveç parlamentariləri ilə görüşlər də planlaşdırılıb.

Prezident qeyd edib ki, "biz həyatları qorumaq və həqiqi və zəmanətli sülh yaratmaq üçün tərəfdaşlarımızla fəal diplomatiyanı davam etdiririk".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş