Zelenski: “Müharibənin sonuna daha yaxınıq”

Dünya

24.09.2024 - 13:16

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna lideri: “Məncə, biz sülhə çoxlarının düşündüyündən daha yaxınıq”

ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ABC telekanalına müsahibə verib və “Rusiyanın başlatdığı müharibənin sonunun çoxlarının inandığından daha yaxın” olduğuna inandığını söyləyib.

AYNA-nın məlumatına görə, dünən yayımlanan müsahibədəki çıxarışında Ukrayna Prezidenti cümə axşamı ABŞ Prezidenti Co Baydenə təqdim edəcəyi “qələbə planı”nın məqsədinin Ukraynanı gücləndirmək olduğunu deyib: “Ona görə də biz dostlarımızdan, müttəfiqlərimizdən, bizi gücləndirmək üçün xahiş edirik. Bu, son dərəcə vacibdir. Məncə, biz sülhə çoxlarının düşündüyündən daha yaxınıq. Biz müharibənin sonuna daha yaxınıq”.

Onun “qələbə planı”nda Rusiya ilə danışıqların olub-olmaması və Rusiyaya etibar etməyə hazır olub-olmaması sualına cavab verən Ukrayna Prezidenti bildirib ki, “qələbə planı” Rusiya ilə danışıqlara aid deyil. Prezident bunu münaqişənin diplomatik həllinə körpü adlandırıb.

“Mənim təkliflərimin mahiyyəti Ukraynanı gücləndirməkdir. Yalnız güclü mövqedən çıxış edərək Putini diplomatiya yolu ilə sülhə sövq edə biləcəyik”, - deyə Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, Rusiya Prezidenti Ukraynanın Kursk vilayətində keçirdiyi hərbi əməliyyatdan qorxur, “çünki ruslar onun öz ölkəsinin ərazisini müdafiə edə bilməyəcəyini gördülər”.

Zelenski BMT-nin baş katibi Antonio Quterreşin çağırdığı iki günlük “Gələcək üçün Pakt”da də çıxış edib.

Qısa nitqində Zelenski Rusiyanın hazırkı sammitin işinə qarşı çıxmaq səylərini qeyd edib və “Gələcək üçün Pakt”ın qəbul edilməsində əməyi olan ölkələrə təşəkkür edib.

“Current Time” telekanalı isə qeyd edir ki, Ukrayna Prezidenti Kiyevin müharibəni dayandırmaq üçün göstərdiyi səylərdən danışıb. Zelenski sülh formulu, beynəlxalq sülh sammiti və daha əvvəl bildirildiyi kimi, bu ilin sonuna qədər baş tuta biləcək ikinci “Sülh sammiti”nə hazırlıq barədə danışıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş