Zelenski Makronla Putinlə görüşü müzakirə edib

Dünya

28.07.2025 - 10:12

“Avqustun sonunadək ən yüksək səviyyədə görüş təşkil olunması ilə bağlı təklifimizə cavab gözləyirik”

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında Rusiya lideri Vladimir Putinlə mümkün görüş məsələsi müzakirə edilib.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, ukraynalı lider bu barədə “Telegram” kanalında məlumat yayıb.

Zelenski Makronu İstanbulda Rusiya tərəfi ilə keçirilmiş üçüncü görüşün nəticələri barədə məlumatlandırıb.

“Avqustun sonunadək ən yüksək səviyyədə görüş təşkil olunması ilə bağlı təklifimizə cavab gözləyirik”, – dövlət başçısı vurğulayıb.

Zelenski əlavə edib ki, mümkün görüşdə Avropa nümayəndələrinin də iştirakı vacibdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş