Zelenski Kelloqla ABŞ-dan silah alışını müzakirə edib

Dünya

23.09.2025 - 14:11

"Biz pilotsuz təyyarələr və ABŞ silahlarının alınmasına dair qarşılıqlı faydalı razılaşmalara toxunduq"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə ABŞ-dan silah alışını müzakirə edib. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında yazıb.

"Biz Ukrayna ilə ABŞ arasında əməkdaşlığın inkişafına, xüsusən də Ukraynanın ABŞ-a təklif etdiyi pilotsuz təyyarələr və ABŞ silahlarının alınmasına dair qarşılıqlı faydalı razılaşmalara toxunduq", - Zelenski yazıb.

Bundan başqa, Ukrayna lideri bildirib ki, o Kelloqu Ukrayna Silahlı Qüvvələrinin Dobropillia və Pokrovsk yaxınlığındakı əks-hücum əməliyyatları barədə məlumatlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş