“Dünən baş verənlər araşdırmanı və bu mövzuya beynəlxalq diqqəti tələb edir”
Rusiya Livanda sentyabrın 17-də baş verən peycer partlayışlarının səbəblərinin araşdırılmasını dəstəkləyir. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Dünən baş verənlər araşdırmanı və bu mövzuya beynəlxalq diqqəti tələb edir”, - Rusiya rəsmisi qeyd edib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Livandakı peycer partlayışlarından sonra İsrailə qarşı tədbir görməyə çağırıb.