“Rəsmi Paris söz azadlığı da daxil olmaqla, əvvəllər bəyan edilmiş dəyərlərə etinasızlıq nümayiş etdirmir, onu məhv edir”
““Telegram”ın yaradıcısı Pavel Durovun həbsi ilə Fransa əvvəllər elan edilmiş söz azadlığının da daxil olduğu dəyərlərin məhv olduğunu göstərir”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında yazıb.
“Rəsmi Paris söz azadlığı da daxil olmaqla, əvvəllər bəyan edilmiş dəyərlərə etinasızlıq nümayiş etdirmir, onu məhv edir”, qeyd edib.
Qeyd edək ki, avqustun 24-ü axşam saatlarında Fransa xüsusi xidmət orqanları Durovu Azərbaycandan gələn kimi Parisin Le Burje hava limanında saxlayıblar. Fransa məhkəmə orqanlarının məlumatına görə, Durov messencer vasitəsilə narkotik alveri, uşaq cinayətləri və fırıldaqçılıq kimi qanunsuz fəaliyyətlərin ortağıdır.