Zaur Zeynalova vəzifə verilib

Xəbərlər

20.06.2022 - 17:12

Həkimlər Klinikalar SEO Xidməti

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib. AYNA xəbər verir ki, Zaur Zeynalov nazirin müşaviri vəzifəsinə təyinat alıb.

Z.Zeynalov Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlamazdan əvvəl yerli və beynəlxalq şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb, hüquq və dövlət əlaqələri, ekoloji layihələr və bərpa olunan enerji sahəsində təcrübəyə malikdir.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, Z.Zeynalov 2022-ci ilin iyun ayından nazirin müşaviri vəzifəsinə təyinat alıb.

“O, İndiana Universitetində ətraf mühit siyasəti və təbii ehtiyatların idarə edilməsi ixtisası ilə dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə malikdir”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş