Zaqatalada avtomobil qoyun sürüsünə çırpılıb

Hadisə

30.05.2021 - 13:44

Həkimlər Klinikalar SEO Xidməti

Nəticədə 30 başdan çox qoyun tələf olub

 

Zaqatalada minik avtomobili yaylağa köç edən qoyun sürüsünü vurub. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

 

Nəticədə 30 başdan çox qoyun tələf olub. Qəza zamanı minik avtomobilinə ziyan dəysə də, sürücü xəsarət almayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş