Zaqatalada azyaşlını motosiklet vurub. AYNA-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Danaçı kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 2020-ci il təvəllüdlü E.İ. motosiklet vurub. Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.