Zaqatalada 44 yaşlı kişi özünü ağacdan asaraq intihar edib. AYNA APA-ya istinadən bürosunun məlumatına görə, hadisə saat 15 radələrində rayonun Uzuntala kəndində baş verib.
Kənd sakini 1979-cu il təvəllüdlü Ramil Kamil oğlu Rəcəbov meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan aslı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı R.Rəcəbovun intihar etdiyi məlum olub.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.